Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:51

Daha 7 namizəd qeydə alındı


Oktyabrın 17-də Mərkəzi Seçki Komissiyası (MSK) Dairə Seçki Komissiyalarının (DSK) qərarını ləğv edərək daha 7 nəfərin namizədliyinin qeydə alınması ilə bağlı qərar qəbul edib. Ötən gün də yeddi nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə AzadlıqRadiosuna MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Amma o qeydə alınan namizədlərin kimliyi və partiya mənsubiyyəti haqqında məlumat verə bilməyəcəyini deyib.

Oktyabrın 16-a olan məlumata görə, indiyə qədər namizədliyi qeydə alınanların sayı 719 nəfər olub. (Namizədlərdən 621-sı kişi, 98-sı qadındır) Onlardan 27 nəfəri namizədliyini geri götürüb.

Bu gün həm də Dairə Seçki Komissiyalarından MSK-ya şikayətlərin qəbul olunmasının sonuncu günüdür.

Seçki qanunvericiliyinə görə, namizədliyi qeydə alınmayanlar DSK-ların bu barədə qərarından üç gün müddətinə MSK-ya, MSK-nın qərarından da üç gün müddətinə məhkəməyə müraciət edə bilər.
XS
SM
MD
LG