Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 22:26
Bu ilin 7 noyabrında keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürənlərin 96 nəfəri işsiz, 17 nəfəri təqaüdçüdür. İşsizlərdən iki nəfəri ümumiyyətlə heç bir fəaliyyətlə məşğul deyil, təqaüdçülərdən biri isə prezident təqaüdçüsüdür.

Ən çox işsiz namizədlərin qeydə alındığı dairə 19 saylı Nərimanov Birinci Seçki dairəsidir. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovun da namizədliyinin qeydə alındığı bu dairədə deputatlığa 9 iddialıdan 6-sı işsizdir. Qalan iki nəfərdən biri ibtidai sinif müəllimi, digəri isə bələdiyyə üzvüdür.

24 saylı Nizami Birinci seçki dairəsindən namizədliyini irəli sürən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin isə üç rəqibinin üçü də işsizdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG