Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:55

Bakıda 3 mərtəbəli evin eyvanı uçub


Bakının mərkəzində yaşayış binasında uçqun baş verib.

Bu barədə APA agentliyi Nəsimi rayon Polis İdarəsinə istinadla xəbər verir.

Hadisə bu gün səhər saatlarında rayonun Rəşid Behbudov küçəsi ilə 28 May küçəsinin kəsişməsində qeydə alınıb.

Üçmərtəbəli yaşayış binasında mənzillərdən birinin eyvanı uçub.

Nəticədə bir nəfər, 41 yaşlı Xubalıyev Kamal ağır yaralanıb və təcili tibbi yardım maşınları ilə Klinik Tibbi Mərkəzə çatdırılıb.

Mərkəzdən verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.
XS
SM
MD
LG