Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:32

Çarli Çaplinin nəvəsi Bakıya gəlir


Dünya şöhrətli komediya ustası Çarli Çaplinin nəvəsi Aureliya Tyera-Çaplin Bakıya gəlir. O, Bakıda keçiriləcək Çexov festivalında “Aureliyanın oratoriyası” tamaşasının baş qəhrəmanı kimi səhnəyə çıxacaq.

Teatr və sirk elementlərinin sintezindən ibarət “Aureliyanın oratoriyası”nda nə dialoq, nə də mətn var. Əvəzində sirk tryukları, illüzionizm, rəqs, pantomima və kukla teatr elementləri yer alıb.

Tamaşanın quruluşçu rejissoru, konsepsiya müəllifi və səhnə tərtibatçısı Çarli Çaplinin qızı - Aureliyanın anası Viktoriya Terye-Çaplindir. Ümumiyyətlə, Aureliyanın iştirakçısı olduğu bütün nömrələrin müəllifi yalnız anası Viktoriya Çaplindir.

“AzərTAc”ın məlumatına görə, “Aureliyanın oratoriyası” noyabrın 12-dən başlayaraq 14-nə qədər Bakıda, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində göstəriləcək.
XS
SM
MD
LG