Keçid linkləri

2024, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 16:26

Merkel Almaniyada çoxmədəniyyətli cəmiyyət qurmağı mümkün saymır


Almaniyanın kansleri Angela Merkel ölkədə çoxmədəniyyətli cəmiyyət qurmaq cəhdinin baş tutmadığını deyib.

O, bunu rəhbərlik etdiyi Xristian-Demokrat ittifaqının gənc fəallarının Potsdamda keçirilən toplantısında bildirib.

Merkel qeyd edib ki, müxtəlif xalqların nümayəndələrinin birlikdə xoşbəxt yaşaması konsepsiyası Almaniyada işləmir.

Merkel qeyd edib ki, immiqrantlar alman cəmiyyətinə qarışmaq üçün daha çox səy göstərməlidirlər.

Almaniyanın bir sıra nüfuzli siyasi xadimləri bu yaxınlarda bəyan ediblər ki, ölkəyə immiqrant axını problemlər yarada bilər.
XS
SM
MD
LG