Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Mehriban Əliyevanın 2 rəqibi var


Bu ilin noyabrında keçiriləcək parlament seçkilərinə ən yaşlı namizədin 82, ən cavan namizədin isə 25 yaşı var.

Ən yaşlı deputatlığa namizəd 62 saylı Saatlı Seçki dairəsində qeydə alınıb. O, prezident İlham Əliyevin əmisi, 1928-ci ildə anadan olmuş, millət vəkili Cəlal Əliyevdir. Onun namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülüb.

Ən gənc deputatlığa iddialı isə namizədliyini 85 saylı Şamaxı Seçki dairəsindən irəli sürmüş 1985-ci il təvəllüdlü Şahin Osmanovdur. O Şamaxı Humanitar və Təbiət Elmləri Təmayüllü Liseyin müəllimidir.

Ən çox namizədin qeydə alındığı dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Burda 14 nəfər iddialı bir yer uğrunda mübarizə aparacaq.
Həmin dairədən namizədliyini irəli sürənlərdən biri «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahiddir.

Ən az namizədin qeydə alındığı dairələr isə 14 saylı Xəzər İkinci və 83 saylı Ağcabədi-Füzuli Seçki dairələridir. 14 saylı Xəzər İkinci seçki dairəsindən namizəd prezident İlham Əliyevin həyat yoldaşı, deputat Mehriban Əliyevadır. Onun iki opponentin biri təqaüdçü İzzətulla Maniyev, digəri isə müvəqqəti işsiz Məmməd Xəlilovdur.

83 saylı Ağcabədi-Füzuli Seçki dairəsindən namizədliyi qeydə alınanlar Milli Məclisin üzvü Aqil Abbasov, Ağcabədi şəhər 4 saylı orta məktəbin direktoru Sadiq Əliyev və işsiz Nazim Hüsiyevdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG