Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

İki namizəd təşviqat imkanlarını necə dəyərləndirir


Fazil Qəzənfəroğlu
«Romada romalılar kimi davranmaq lazımdır…». Bu fikri «Panorama» verilişində 26 saylı Sabunçu Seçki Dairəsində «İslahat» blokunun namizədi Fazil Qəzənfəroğlu deyib.

«AXCP-Müsavat» blokunun həmin dairədən namizədi Tofiq Yaqublu isə düşünür ki, hakimiyyət Azərbaycan xalqının arzuları qarşısında qranitdən divar çəkib.

«Panorama» verilişində deputatlığa namizədlər Fazil Qəzənfəroğlu və Tofiq Yaqublu təşviqat imkanlarını dəyərləndiriblər. Həmin verilişdə səslənən bəzi suallara qonaqların cavablarını təqdim edirik.

- Azərbaycanda xalqın səsini alıb, parlamentdə oturmaq imkanı varmı?

Fazil Qəzənfəroğlu:

İCRA HAKİMİYYƏTİNİN QANUNVERİCİ HAKİMİYYƏT ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ…

«Bəli, bu imkan var. Ancaq Azərbaycanda xalqın səsini alıb parlamentdə oturmamaq imkanı da var. Bu isə ondan asılıdır ki, bizim indi gəldiyimiz demokratiya modeli daha çox icra hakimiyyətinin qanunverici hakimiyyət üzərində üstünlük saxlamasına söykənir. Nəticədə hakimiyyət bölgüsündə tarazlığın itirilməsi baxımından müəyyən problemlər yaranır. Ona görə də mən başda o fikri təsadüfən söyləmədim. Romada romalılar kimi davranmaq lazımdır. Biz blokumuza da «İslahat» adını təsadüfən verməmişik. Məqsədimiz Azərbaycanda bəzi məsələlərin islahatlar yolu ilə dəyişməsinə çalışmaqdır. Azərbaycanda seçicilərin fəallığı yüksək olarsa, onda saxtakarlıq, neqativ eksperimentlər baş tutmaya
Tofiq Yaqublu
bilər…»

Tofiq Yaqublu:

«BU DİVARIN O ÜZÜ DEMOKRATİYADIR…»

«Azərbaycanda xalqın səsini alıb parlamentdə oturmaq imkanı yoxdur. Bəli, indi parlamentdə oturan bizi insanlar xalqın səsini alıblar. Sadəcə, hakimiyyətə həm həqiqi, həm də psevdo-müxalifətdən bir neçə nəfəri parlamentə görüntü xatirinə buraxmaq lazımdır. Bu seçim də bəzilərinin qismətinə düşüb. Bu hakimiyyət Azərbaycan xalqının arzuları, hüquqları qarşısında qranitdən bir divar çəkib. Azərbaycan müxalifəti çox zəifdir. Onun əlində kiçik bir çəkic var. Bu çəkiclə o qranit divarı sökməyə, dağıtmağa çalışır. Fazil Qəzənfəroğlu düşünür ki, o qraniti sığallamaqla keçmək olar. Bu, mümkün deyil. Çünki divarın o üzündə bu hakimiyyət yoxdur. Bunu hakimiyyət də çox gözəl başa düşür...».

XS
SM
MD
LG