Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Deputatlığa 712 nəfərin namizədliyi qeydə alınıb


İndiyədək Azərbaycanda parlament seçkilərində iştirak etmək istəyən 712 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qrumun şənbə günü keçirilən iclasında bildirilib.

Onun sözlərinə görə, 332 nəfərin namizədliyi qeydə alınmayıb, 71 nəfər isə sənədlərinin Dairə Seçki Komissiyalarında baxılmasından imtina edib.

İclasda daxil olan müraciətlərə də baxılıb. MSK- üzvləri bildiriblər ki, müraciətlər əsasən "AXCP-Musavat" siyasi partiyalar bloku, "Qarabağ" siyasi partiyalar bloku, Azərbaycan Milli İstiqlal Partiyası və müstəqil namizədlər tərəfindən daxil olub.

Müraciətlər əsasən namizədlərin qeydə alınmaması ilə bağlı olub.
XS
SM
MD
LG