Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:37

ATƏT-in müşahidəçiləri siyasi partiyaların nümayəndələri ilə görüşüb


ATƏT-in Azərbaycanda səfərdə olan seçkiqabağı müşahidə missiyası parlament seçkilərində iştirak edən siyasi partiyalarının rəhbərləri və nümayəndələri ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyəti, seçki prosesinin gedişi və seçki kampaniyası ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov, AXCP –nın sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa
Qəmbər, KXCP-nın sədr müavini Bəybala Əbil, ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev, ALP sədri Əvəz Temirxan, BAXCP sədri Qüdrət
Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, və DİP sədri Asim Mollazadə iştirak ediblər.

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel də görüşə qatılıb.
XS
SM
MD
LG