Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Berlin Rusiyanın vahid təhlükəsizlik sisteminə qoşulmasını istəyir


Almaniya Rusiyanın Vahid təhlükəsizlik sisteminə qoşulması istiqamətində səyləri davam etdirəcək.

Almaniyanın kansleri Angela Merkel televiziya ilə xalqa illik müraciətində, NATO-nun noyabrda Lissabonda keçiriləcək sammitinədək bu istiqamətdə konkret addımlar atacağını bildirib.

Merkel qeyd edib ki, sammitlə eyni vaxtda keçiriləcək NATO-Rusiya şurasının iclasında Rusiyanın baş naziri Vladimir Putin də iştirak edəcək.
Sammit noyabrın 19-20-i keçiriləcək.
XS
SM
MD
LG