Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:09

Erməni birləşmələri atəşkəs rejimini pozmaqda davam edir


Ermənistanın Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini yenidən pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni birləşmələri oktyabrın 15-də saat 13.00-dan 13.30-dək Füzuli rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13.20-dən 13.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat

16.00-dan 16.20-dək isə Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və iri çarxlı silahlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
XS
SM
MD
LG