Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:48

Fransa prezidenti etiraz aksiyasını dağıtmaq göstərişi verib


Fransa prezidenti Nikola Sarkozi oktyabrın 15-də polisə göstəriş verib ki, yanacaq anbarlarını blokadaya alan etiraz aksiyalarını dağıtsın. Ölkədə aparılan pensiya islahatlarına etiraz edən qruplar Paris hava limanlarına gedən bütün yanacaq kanallarını kəsib, həmçinin neftayırma zavodlarının fəaliyyəti dayandırılıb.

Fransada hökumət təqaüdə çıxmaq yaşını 60-dan 62-ə qaldırmağı planlaşdırır. Etiraz aksiyaları da buna görə keçirilir.

Ölkədə 12 neftayırma zavodunun fəhlələri də bu aksiyaya qoşulduğundan prezident polisə ölkədə yanacaq qıtlığının yaranmasının qarşısını almaq göstərişi verib.
Parisdə hökumətin binası qarşısında da tələbələrin etiraz aksiyası keçirilir.

Artıq dördüncü gündür ki, Fransanın müxtəlif yerlərində hökumətin bu planlarına etiraz aksiyaları davam edir.
XS
SM
MD
LG