Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Medvedev Putinin adamının mer olmasını istəyir


Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, Moskva meri vəzifəsinə Baş nazir Vladimir Putinin aparatının rəhbəri Sergey Sobyanın namizədliyini irəli sürür.

Medvedev bu barədə qərarını oktyabrın 15-də Moskva kənarında prezident iqamətgahında Sobyanla görüşündə elan edib. Həm də bildirib ki, yeni merin əsas vəzifəsi korrupsiya ilə mübarizə olmalıdır.

Keçən ay Medvedev Moskvanın 18 illik meri Yuri Lujkovu etimadı itirmək ittihamı ilə işdən çıxarıb.
XS
SM
MD
LG