Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 03:35

Hikmət Carçılı "Kənd uşağı"















Məni atam əkməyib,
anam doğmayıb,
allah yaratmayıb məni..
...qeyri-məchul bir kişidən hamilə qalıb,
kəndimizin yıxıla-dura yeridiyim
camurlu yolları peydahlayıb məni
qeyri-məchul körpə kimi...

Mən kənd uşağıyam..
Kənd uşağı..
Mən sadəlövh kənd uşağıyam,
Kəndin səhər mehini udan,
ağlıyla dünyaya gərək,
dünyanı zibillikdən camurdan qurtarmaqçün
cabalayan
kənd uşağıyam...

həyatını kəndin camurlu calalarına borclu
kənd uşağı...
Kənd uşağıyam
XS
SM
MD
LG