Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:57

Berlində Hitler sərgisi açılıb


Oktyabrın 15-də Berlində faşist Almaniyasının lideri Adolf Hitlerin şəxsiyyətinə pərəstişi əks etdirən sərgi açılıb. Almaniya Tarix Muzeyində “Hitler və almanlar, dövlət və cinayət” adlanan bu sərgidə vahiməli posterlər, Hitlerin büstləri, SS qol düymələri, faşizm simvolları ilə bəzədilmiş yeni il ağacları nümayiş etdirilir.

Bu eksponatların yanı ilə də o dövrdə rəsmi təbliğatın gizlətdiyi reallıqları əks etdirən əşyalar düzülüb. Bunların da sırasında o dövrün Almaniyasında yer olmayan siyasi müxalifətin, yəhudilərin, romaların həyatından bəhs edən şəkillər var.
XS
SM
MD
LG