Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 20:29

Pakistan Əfqanıstanla Taliban arasında danışıqlara dəstək vermək istəyir


Pakistan Əfqanıstan hökuməti ilə Taliban arasında barışıq danışıqlarına dəstək vermək istəyir.

Bu gün Brüsseldə danışan Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureşi belə deyib və əlavə edib ki, Əfqanıstanda sülh və sabitlik İslamabadın marağındadır.

Bu bəyanatdan əvvəl NATO və ABŞ rəsmiləri bildirib ki, onlar Əfqanıstanın Talibanla sülh danışıqları qurmaq cəhdlərini dəstəkləyir.

NATO rəsmisi Anders Foq Rasmussen alyansın bu cür danışıqları dəstəkləməyə hazır olduğunu desə də, yaraqlılara qarşı hərbi əməliyyatların dayandırılmasını istisna edib.
XS
SM
MD
LG