Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:27

Gələn həftə AŞPA-nın seçkiqabağı missiyası Bakıya gələcək


«19-21 oktyabrda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı missiyası Bakıda olacaq. İlkin seçkiqabağı missiya AŞPA-nın 5 müxtəlif siyasi partiya qrupunu təmsil edən 5 üzvü daxildir. Onlar dövlət rəsmiləri, QHT təmsilçiləri və namizədlikləri irəli sürülmüş şəxslərin nümayəndələri ilə görüşlər keçirəcəklər. Oktyabrın 21-nə mətbuat konfransı keçirilməsi nəzərdə tutulub».

Bunu Avropa Şurası Baş Katibliyinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek oktyabrın 15-də jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, daha sonra məhz seçkiləri müşahidə etmək üçün nəzərdə tutulan 30 nəfərədək parlament nümayəndəsindən ibarət missiya Azərbaycana gələcək:

«Onlar səsvermədən bir neçə gün əvvəl Bakıda olacaqlar və eyni formatda görüşlər keçirəcəklər. Seçki günü isə onlar Bakıda və bölgələrdə səsverməni müşahidə edəcəklər. Və adət üzrə seçkinin səhəri günü beynəlxalq müşahidələrin nəticələrini səsləndirmək üçün mətbuat konfransı keçiriləcək».
XS
SM
MD
LG