Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:19

Təbliğat –təşviqat kampaniyasına start verilib


Oktyabrın 15-dən parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin təbliğat –təşviqat kampaniyası başlayıb. Oktyabrın 14-də Mərkəzi Seçki Komissiyası 125 seçki dairəsi üzrə 695 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını bildirib, qeydiyyat prosesi başa çatıb.

Ən çox namizəd hakim Yeni Azərbaycan partiyasından təsdiqlənib. YAP-ın irəli sürdüyü 115 namizəddən 113-ü, daha sonra AXCP-Müsavat seçki blokunun 92 namizədindən 32-si təsdiqlənib.

Qanunvericiliyə əsasən, təşviqat kampaniyası isə səsverməyə 24 saat qalmış, noyabrın 6-sı saat 08:00-da başa çatır.

Azərbaycanda parlament seçkiləri bu il noyabrın 7-də keçiriləcək.
XS
SM
MD
LG