Azərbaycanda qadın yazarlar azaddırmı? Azadlıq Radiosunun "Pen klub" verilişində bu dəfəki müzakirə bu mövzudadır. Müzakirədə qadın yazarlar - Almaniydan Nuridə Atəşi, Lənkərandan Cavidan, Azadlıq Radiosunun Bakı studiyasından Elnaz Eyvazlı və Şamaxıdan Sevinc Pərvanə iştirak edirlər.
Elnaz Eyvazlı:
– Bu bir qadın yazar olaraq məni həmişə düşündürən bu problemdir: mən nə qədər azadam?
Əgər mən hər hansı bir türklər demiş erkək qələm yoldaşımla oturub rahat –rahat söhbət edə bilmirəmsə, hava qaraldıqdan sonra evə rahat gələ bilmirəmsə, kimlərinsə haqqımda nə düşünəcəyini fikirləşirəmsə, deməli hələ azad deyiləm.
Yaradıcılıqda heç kəs məni buxovlaya, mane ola bilməz. Hətta dörd divar arasında olsam belə yazar kimi azadam.
Amma qapını açıb cəmiyyət içinə çıxdıqdan sonra mən nə qədər azadam, bu problemdir.
Bununla belə, mən azadlığı da özbaşınalıq kimi qəbul etmirəm. Hər bir şeyin müəyyən bir səddi, müstəvisi var mənə görə. Azadlıq o demək deyil ki, hər kəs ağlına yox ağzına gələni yazmalıdır.
Azadlıq radiosu:
- Ağıla gələnlə ağıza gələnin fərqini izah edin.
- Təbii ki fərqli şeylərdir. Mən əsasən şer yazıram, şer yazanda ağılla düşünmək mümkün deyil.
Amma bu da o demək deyil ki, özümü tamam hisslərimin ixtiyarına buraxıb nə istəyirəm onu da yazıram.
İstədiyimi yazıram, amma fikirləşirəm ki, yazılarımda bütün səddləri aşıb, özümü tamam o prosesin ixtiyarına buraxmaq azadlıq deyil.
Nuridə Atəşi:
- Mən Azərbaycanda nə qadın kimi azad idim, nə də şairə kimi. Mən sovet rejimində başlamışdım yazmağa.
80-82-ci illərdə ilk şerlərim çıxdı Azərbaycan mətbuatında və dərhal məşhur hegemon şair yazarlar mənə hücum etdilər.
82-ci ildə birinci kurs tələbəsi idim, Natavan klubunda belə hücumlara görə höhkür-hönkür ağladığım vaxtlar olub. Bir il şeir yaza bilməmişəm.
Digər məşhur şairlər mənə deyirdilər sən kişi təxəllüsü götür, yaz, biz səni çap edərik. Azərbaycan qadını, müsəlman qadını olaraq səni qoymarıq duyğularını açıq – aşkar şəkildə söyləyəsən və yazasan.
Azadlıq Radiosu:
- Nuridə xanım, o adamlar ki sizə irad bildirirdilər, onların xoşuna gələn şeyi yazsaydınız bu qadın yazarın azadlığını Azərbaycanda kişi yazarın azadlığı qədər təmin edərdi?
Nuridə Atəşi:
- Ümumiyyətlə Azərbaycanda qadın yazarın azadlığı yox idi, indi də məncə yoxdur. Tabular var, sərhədlər var.
Mən hər şeyi öz təcrübələrimdə, yaradıcılıq həyatımda görüb deyirəm. Mən yaza bilmədim, çap oluna bilmədim o vaxta qədər ki, “Atəşi” təxəllüsü götürdüm.
Amma “Atəşi” adı ilə məşhur oldum. Yoldaşım mənim şeirimə yazılan mahnıları əzbərdən oxuyurdu gecə - gündüz.
Sevdiyi mahnılar idi, amma bilmirdi ki, Atəşi mənəm. Nə evimdə bu azadlığı gördüm, nə cəmiyyətdə nə ədəbi mühitdə.
Almaniyaya gələndən sonra başladı içimdəki azadlıq vulkanı püskürməyə. Burada mən öz özümü azad qadın, azad şair, azad insan hesab edirəm və yazıram.
Cavidan:
- Çox maraqlı trayektoriya burada cızılır. Nuridə xanım Almaniyada oturub, inkişaf etmiş Avropa ölkəsində, Elnaz xanım Bakıda paytaxtda, mən də əyalətdə.
Qadın yazarların Azərbaycanda azad olma problemindən danışmağa cəhd göstəririk. Bu ümumi cəmiyyətin problemidir. Bizim cəmiyyətdə heç kişi yazarlar da azad deyillər. Onlar özlərini azad hiss etmirlər.
Heç kim deyə bilməz mən azadam, istədiyimi yazıram, istədiyimi yazıb istədiyim qonorarı ala bilirəm.
Yəni bir ailədə aclıq problemi, maliyyə problemi varsa, ailənin oğul uşağı özünü yaxşı hiss edib, qadını, qızı pis hiss edə bilməz.
Hamı eyni dərəcədə bu yükü daşıyır. Mənə elə gəlir ki, biz yazar kimi çox azadıq, nəinki qadın kimi.
Qadın kimi bizim problemlərimiz var, bu da gəlir cəmiyyətimizin mental, dırnaqarası və dırnaqarası olmayan dəyərlərinə köklənir.
Bu da bizdən asılı olmayan şeydir. Bunu biz dəyişə bilməyəcəyik. Belə gəlib belə də gedəcək. İndi internet dövrüdür. Bizdə o müstəvidə hamımız bərabərik.
Qadın dostlarımızla, rəfiqələrimizlə gedib istədiyimiz yerdə oturub rahat söhbət edə bilmirik, qaldı ki, kişilərlə.
Azadlıq Radiosu:
- Elnaz xanım, ağlınıza gələni yazmaqdan çəkindiyiniz anlar olur?
Elnaz Eyvazlı:
- Olur. Hələ üzə çıxarmadığım hekayələrim var. Üzə cıxardığımda isə “oxuyub nə düşünərlər” kompleksinin sıxdığı, yazmağa imkan vermədiyi məqamların yeri görünür.
Azadlıq Radiosu:
- Əgər bu söhbətdə iştirak edən 4 xanımın 3-ünün yaradığılığında belə məqamlar varsa, bu artıq Azərbaycanın qadın yazarının ümumi mənzərəsi deyilmi?
Elnaz Eyvazlı:
- Elədi. Amma hamımız eyni həyat yaşamırıq axı. Hərənin öz situasiyası var.
Azadlıq Radiosu:
- Hər halda mənzərə oxşardı. Nuridə xanim, siz Almaniyada yaşayırkən, olubmu ki, cəmiyyəti, yaxud nəyisə nəzərə alıb ağlınıza gələni yazmayasınız?
Nuridə Atəşi:
- Qətiyyən. Bilirsiniz, özü azad olmayan yazar, azad yaza bilməz. İnsan gərək ilk növbədə öz azadlığını qazansın. Almaniyada hamı azaddır. Mən burada özümü çox azad hiss edirəm və azad da yazıram. Yazar üçün azad düşünmək və yazmaq imkanının olması ən böyük xoşbəxtlikdir. Mən Azərbaycanın bütün qadın yazarlarına bunu arzulayıram.
Cavidan:
- Əgər məni əyalətdən tapıb bu söhbətə qoşubsuzsa və mən öz fikirlərimi deyirəmsə deməli mən bir qadın yazar kimi azadam. Söz yox ki, ailə, məişət qayğıları sıxır insanı müəyyən qədər. Amma əgər yazarsansa, sən artıq azadsan. Ancaq əlbəttə ki, ümumilikdə qadınlarımızın problemləri var və, onların öhdəsindən gəlmək üçün mütləq yaxşı təhsil almaq lazımdır. Ailəni və cəmiyyəti yalnız mental dəyərlər üzərində qurmaq olmaz.
Nuridə xanıımın o ğür şeirlərini Almaniyada oturmayan, Avropa ədəbiyyatından xəbəri olmayan, hər hansı savadsız bir qadın da yaza bilər. Yəni istənilən qadın yaza bilər...
Nuridə Atəşi:
- Əgər hamı yaza bilsəydi, onda gərək çoxlu Nuridə Atəşilər olaydı Azərbaycanda. Onda bəs niyə Nuridə Atəşilər çox deyil?
Cavidan:
- Cox olmurlar ona görə ki, təhsil ala bilmirlər...
Nuridə Atəşi:
- Cavidan xanım mən 15 kitab yazmışam. Siz ola bilsin ki, kənddə mənim cəmi ber neçə şeirimi oxumusunuz. Ona əsaslanıb mənim bütün yaradıcılığımı belə cilizlaşdırmaq düz deyil. Buna haqqınız da yoxdur.
Cavidan:
- Yox, cılızlaşdırmıram, belə bir fikrim də yoxdur. Təbii ki, haqqım da yoxdur. Ancaq elə xanımlar tanıyııram ki, onlar təhsil alsaydılar, məndən min dəfə yaxşı yaza da bilərdilər, ədəbi mühitdə də gündəmə elə gələrdilər ki, mat qalardım.
Tanıdığım qadınlardan danışıram. Amma onları cəmiyyət sıxdı və yazar ola bilmədilər. Bu cəmiyyətdə qadın azadlığı problemidir.
Amma əgər mən az da olsa artıq yazar kimi tanınmışamsa, bu o deməkdir ki, mənim onlara nisbətən müəyyən azadlıqlarım var.
Azadlıq Radiosu:
- Elnaz xanım, doğrudanmı yaxşı təhsil almaq qadını azad edə bilir?
Elnaz Eyvazlı:
- İndiki dövrdə öz ayaqları üzərində dayana biləcəyinə arxayın olması üçün qadının, qızın təhsil alması mütləqdir.
Ən azı tək qalsa kimsəyə əl açmaz. Amma elə təhsilli qadınlar var ki, bu gün dörd divar arasında məhbus həyatı yaşayırlar.
Yəni qadın kimi azad olmaqla yazar kimi azad olmaq fərqli şeylərdir.
Elə vaxt olub ki, mən qadın kimi dustaq olmuşam. Amma heç kim qələmimi əlimdən ala bilməyib. Mən onda da yazmışam, yazar kimi özümü azad hiss etmişəm.
Azadlıq Radiosu:
- İstədiyinizi yazmısınız?
Elnaz Eyvazlı:
- Bəli istədiyimi yazmışam. Vacib olmayıb ki, onu çap etdirim, yaxud kiməsə göstərim. Əgər qəlbimin çırpıntılarını yazmışamsa, deməli yazar kimi azad olmuşam. Əgər qadın cəsarətlidirsə, Nuridə xanımın keçdiyi baryerləri keçib öz azadlığını əldə edəcək.
Nuridə Atəşi:
- Biz məhbusluqdan çıxıb azadlığımızı qazanan yazarlarıq. İndi biz yalnız öz dərdimizi yox, ayaqları üzərində dura bilməyən minlərlə Azərbaycan qadınlarının dərdini yazmaylıyıq. Mən öz dərdimi 20 il əvvəl yazırdım. İndi isə yazdığım şeirdə başqalarının da payı, taleyı var. Onların dərdini, səsini duydurmalıyıq.
Cavidan:
- Daha yaxşı yazmaq üçün yaxşı qonorar, yaxşı yaşam şəraiti, yaradıcı stimul lazımdır ki, bu qadınlar gedib 10-20 manata qəzetlərdə köşə yazmaqla yox, ədəbiyyatla məşğul olsunlar. Köşə yazarlığı bizim ədəbiyyatın belini qırıb.
Nuridə Atəşi:
- Ona görə də mən heç bir qəzet üçün köşə yazmıram.
Azadlıq radiosu:
- Amma ehtiyac olsaydı yazardınızmı, Nuridə xanim?
Nuridə Atəşi:
- Mənim bir qəzet, radio, yaxud televiziya üçün yazmaq arzumdur. Mən Almaniyada bir məqalə yazanda 2-3 min avro qanorar alıram.
Bir yerə şeir oxumağa dəvət ediləndə ən azı 1000 avro verməsələr getmirəm, oxumuram.
Niyə Azərbaycan da verməsin öz yazarlarına. Pul yoxdu? Nə olar o neft pullarından 1 faiz də qadın yazarlara ayırsalar?
Azadlıq radiosu:
- Amma qadınlar başqa vaxt gender bərabərliyindən danışırlar, ayrı-seçkilik olmaz?
Nuridə Atəşi:
- Kişi yazarlara da versinlər. Amma qadın yazarların durumu daha bərbaddır Azərbaycanda.
Kişi şairlər sponsoru tez tapırlar. Amma qadın sponsor tapmaq üçün bəlkə də gedib hansısa kişinin qucağında yatmalıdır.
Azadlıq radiosu:
- Elnaz xanım, nə olsa qadın yazarın azadlığı problemi çözülər?
Elnaz Eyvazlı:
- Bu, cəmiyyətin problemidir. İnsanların mentallıqdan gələn düşüncəsini biz dəyişə bilmərik. Əgər qadınla kişi birgə yol gedirsə, deməli mütləq düşünmək lazımdır ki, onların arasında nəsə var. Amma belə düşünürlər axı.
Nuridə Atəşi:
- Dəyişə bilərik. Niyə bilmirik! Siz onları düşünməməlisiniz.
Elnaz Eyvazlı:
- Bax bu düşüncələrə özümü məhbus etdiyim üçün mən hələ özümü tam azad saymıram. Kompleksim var mənim.
Nuridə Atəşi:
- Bu sizin təqsirinizdi. Belə etməməlisiniz.
Cavidan:
- Cəmiyyət azad deyil. Biz çox azadıq. Ruhən o qədər azadıq ki, bircə qanadlarımız catmır. Cəmiyyətimiz mənəvi dustaqdır.
Sevinc Pərvanə:
- Azərbaycanda qadın da kişi də nə istəsə yaza bilır. Yənu buna əngəl qoxdur. Sadəcə cəmiyyətin bütün təbəqələri bunu eyni səviyyədə qarşılamır. Məsələn mən daha çox öz yaxınlarımdan gizləyirəm yazılarımı. Həyat yoldaşımdan başqa demək olar ki, yaxınlarımdan heç kimin yazdıqlarımdan xəbəri yoxdur. Televiziyaya çıxanda isə daha ciddi problem yaranır. Həyat yoldaşımın və özümün qohumlarım görürsə bunu çox sərt qarşılayirlar.
Azadlıq Radiosu:
- Bu sadəcə qadına münasibətdir ya yazar qadına?
Sevinc Pərvanə:
- Həm də yazar qadına münasibətdir. İnternet forumlardan. Adi söhbətlərdən qulağıma çatan odur ki, mənim haqqımda başqa cür düşünürlər.
Hətta bəzi qızlarin yaxınları mənimlə əlaqə saxladıqlarına görə onlara təpki göstərirlər.
Yəni hətta belə primitiv səviyyədə də Azərbaycanda yazar qadının problemləri mövcuddur. Ona görə də bizim kimi yazarlar cəmi bir neçə nəfərdir Azərbaycanda.
Əksəriyyət bu münasibətə görə daxilən özlərinə senzura qoymağa məcburdular. Halbuki, çoxları əgər cəsarət tapıb istədiklərini yazsalar, bizlərdən daha gözəl əsərlər yarada bilərlər.
Verilişin aparıcısı İlqar Rəsul,
Prodüsser Gülər Miryəhya