Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:22

Tacikistanda yaraqlılar silahı yerə qoyur


Tacikistanın şərqində yaraqlılar silahı könüllü yerə qoyurlar.

Bu barədə Tacikistanın hüquq mühavizə orqanları xəbər verirlər.

Tacikistanın təhlükəsizlik naziri ilə parlamentin aşağı palatasının sədri bundan əvvəl Rəşd əyalətində yaraqlılarla danışıqlar aparıblar.

Onlar döyüş komandirlərini əmin ediblər ki, silahı yerə qoyacaqları halda onlara qarşı ittiham irəli sürülməyəcək.

Yaraqlılar bu yaxınlarda ölkənin şərqində hərbi maşın karvanına hücum edərək 26 nəfəri qətlə yetirmişdilər.

Buna cavab olaraq bölgədə aparılmış irimiqyaslı əməliyyatlarda isə azı 16 yaraqlı öldürülüb.
XS
SM
MD
LG