Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:38

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir qərar çıxarıb


Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana dair daha bir iş üzrə qərar çıxarıb.

APA-nın məlumatına görə, məhkəmə şikayətçi Zemfira Səfərovanın işində Avropa Konvensiyasının “ədalətli məhkəmə təhqiqatı hüququ” və “mülkiyyətin müdafiəsi” maddələrinin pozulması barədə qərar qəbul edib.

İddiaçı, 1960-cı il təvəllüdlü Bakı sakini Zemfira Səfərova Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi (ədalətli məhkəmə araşdırması hüququ), 13-cü maddəsi (effektiv hüquqi müdafiə) və 1 saylı Protokolun 1-ci maddəsi (əmlakın müdafiəsi) əsasında Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Z.Səfərova Bakıda ona məxsus 350 kvadrat metr sahənin 1993-cü ildən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi tərəfindən zəbt edildiyini bildirib.

2003-cü ilin iyulunda yerli məhkəmə polis bölməsinin bu ərazidə yerləşməsi üçün hər hansı qanuni əsasın olmadığı haqda qərar çıxarsa da qərar icra olunmayıb.
XS
SM
MD
LG