Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 07:58

Sumqayıtda gənclər siyasəti necədir?


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində gənclərlə iş sektorunda aparıcı məsləhətçisi İsmayıl Kərimov
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində gənclərlə iş sektorunda aparıcı məsləhətçisi İsmayıl Kərimov
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində gənclərlə iş sektorunda aparıcı məsləhətçisi İsmayıl Kərimovun SumqayıtXəbər saytına müsahibəsi.

Həm ictimai həm də dövlət sektorunda çalışan bir şəxs olaraq Sumqayıtda gənclər siyasətini necə qiymətləndirirsiniz?


- Hər bir şəhərdə yaşayan gənclərin özünəməxsus potensialı, problemləri, qayğıları və eyni zamanda prioritetləri var. Hər halda Bakı gəncləri ilə Sumqayıt və yaxud digər rayon gənclərinin problemləri, maraqları və potensialı eyni deyil. Bunlar daha çox sosial mədəni iqtisadi və eləcə də gənclər üçün yaradılmış sosial təsisatlardan şəraitdən də asılıdır. Gənclər siyasətinin inkişafını gənclərin təşkilatlanması və şəbəkələşməsi mövzusundan ayrı təsəvvür etmək qeyri-mümkündür. Bu, gənclər siyasəti sahəsində daha çevik bir idarəetmə moduludur. Axı bir şeyi bilmək lazımdır kı, sırf fərdlərlə əlaqə saxlamaq və fərdlərlə hansısa aksiyaları, layihələri həyata keçirmək də mümkün deyil. Lakin təşkilatlarla əməkdaşlıq edərək gənclər siyasətini həyata keçirməklə gəncləri cəlb etmək daha asan və çevikdir. Gənclər təşkilatları ilə əməkdaşlıq hər iki tərəfə qarşılıqlı şəkildə töhfə verir. Bu əməkdaşlıq nəticəsində gənclər öz təşkilatçılıq bacarıqlarını artırırlar və gələcəkdə öz ideyalarını daha mükəmməl həyata keçirmək imkanı əldə edirlər. Ona görə də gənclər siyasəti dedikdə mən düşünürəm ki, gənclər təşkilatından başlamaq lazımdır.

- Sumqayıtda gənclər təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz?


Yaxşı olardı ki, biz gənclər təşkilatlarının inkişafı nələrdən asılıdır bunu müəyyən edək. Yerindən asılı olmayaraq bunlar gənclərin şəbəkələşmə imkanları, qeyri-formal təhsil təcrübəsi, təhsil səviyyəsi və ən vacibi gənclər arasında ünsiyyət bacarıqları və təcrübələridir. Şəhər gənclərimizin şəbəkələşmə imkanlarına baxmalıyıq. Yəni şəhərimizdə şəbəkələşmə imkanları nə dərəcədə əlçatandır. Biz gəncləri haradan toplaya bilərik. Bu sualları cavablandırmalıyıq. Gənclər daha çox təhsil müəssisələrində cəmləşirlər. Orta məktəbdən gəncləri təşkilatllara cəlb etmək çox çətindir. Şagirdlər daha çox universitetlərə hazırlaşır, onların o dərəcədə asudə vaxtı olmur ki, ictimai işlərlə məşğul olsunlar. İkincisi universitetlərdir ki, bu baxımdan Sumqayıtda çox yaxşı şərait var. Sumqayıt tələbələr şəhəridir. Yəni böyük bir tələbə ordusu var. Sadəcə şəhərin özündə yerləşən ali və orta ixtisas məktəblərində 6 mindən çox tələbə təhsil alır. Eyni zamanda Bakıda təhsil alan gənclərimiz də kifayət qədərdir. Sumqayıt gənclərinin təhsil səviyyəsinin yüksək səviyyədə olduğunu nəzərə alsaq, görərik ki, Sumqayıtda bizim şəbəkələşmə imkanımız daha çoxdur. Bu şəbəkəni Baş İdarə olaraq yahooqrup və facebook kimi internetdə mövcud olan sosial şəbəkələr vasitəsi ilə gücləndiririk ki, gəncləri maraqlandıran informasiya axını daha güclü olsun. Bu sahədə aparılan iş artıq öz bəhrəsini verir. İkinci məsələ gənclərin qeyri formal təhsilidir. bütün gənclər təşkilatlarının inkişaf etdirilməsində bacarıqları artıran müxtəlif təlimlərin keçirilməsi vacib məsələdir.

- Gənclər təşkilatlarının yaranması üçün də bir ideya, bir yol olmalıdır. Və bunun ətrafında gənclər birləşməlidir.


- İctimai təşkilatın təməli “başqalarının taleyi və problemləri haqqında birgə fikirləşmək” fəlsəfəsinə əsaslanmalıdır. Təəssüf ki bizdə çox vaxt QHT işinə bu fəlsəfədən yox, daha çox peşəkar aspektdən yanaşılır və yalnız qazanc mənbəyi kimi dəyərləndirilir.
İkincisi gənclər təşkilatları, üzvlərini bilavasitə say çoxluğuna görə ətrafına toplamamalıdır. Gənclər təşkilatları həmin üzvləri təşkilatın idarəçiliyinə və fəaliyyətinə fəal cəlb etməli və gənc üzvləri fəal vətəndaş kimi yetişdirməlidir. Avropada gənclərlə işləyən strukturlar gənclərdə “fəal vətəndaşlıq” anlayışının formalaşmasına həssas yanaşırlar və bu anlayışı gənclərin ictimai fəaliyətinin effektiv qurulmasında önəmli hesab edirlər. Əlbəttə bu bacarıqlar müxtəlif təlimlərlə, qeyri-formal təhsilin inkitşafı ilə mümkündür ki, Sumqayıtda bu sahə böyük miqdarda investisiya tələb edir.

Sizin fikrinizcə, bu investisiya təxminən nə qədər olmalıdır?


- Ümumiyyətlə, qeyri formal təhsilin inkişafına təxmini hesablamalara görə 15-16 min manat illik maliyyə lazımdır ki, bunları biz həyata keçirək.
Sizin fikrinizcə rəsmi, yəni formal təhsil gəncləri ictimai fəaliyyətə hazırlamaq üçün kifayət etmir?

- Formal təhsil bir qədər gənclər siyasəti ilə birbaşa məşğul olan strukturlarının səlahiyyətləri xaricində olan bir məsələdir. Arzu edərdik ki, universitetlərdə interaktiv dərs metodunu görsünlər. Mən düşünürəm ki, bu sahədə təhsil strukturlarının gənclərlə iş strukturları ilə əməkdaşlığı çox ideal olardı. Bəzən elə olur ki, 21-22 yaşlı gəncin özünü təqdim etməkdə çətinlikləri yaranır. Təqdimat qabliyyəti zəifdir. Amma biz buna görə məyus olmuruq. Buna görə gəncləri qiymətləndirmək lazım deyil. Bu streotipi aradan qaldırmaq lazımdır. Təxminən 3-4 ildən sonra gənclər təşkilatının inkişafı üçün Sumqayıtda təlim və resur mərkəzinə ehtiyac olacaq.

- Həm də gənclər evinə ehtiyac var ki, siz qeyd etdiyiniz təlimlər və s burda bir mərkəzdə koordinasiya olunsun. Kifayət qədər işlər görmək istəyənlər var ki, onlar lazımi dəstək almadığı üçün iş görə bilmirlər. Belə bir mərkəzə çox böyük ehtiyac duyulu
r.

- Gənclər təşkilatının inkişafı üçün məncə ən axırıncı tələb olunan resurs gənclər evidir. Gənclər təşkilatları üçün ən vacib resurs onların ideyaları və bacarıqlarıdır. Əgər bunlar yoxdursa, gənclər evi necə fəaliyyət göstərəcək? Gənclər evi o zaman qurula bilər ki, orada çox ciddi tələb yaransın. Bu tələbat aşağıdan yuxarıya doğru gəlməlidir. Yuxarıdan aşağıya yox. Bir neçə gənclər təşkilatı yığışıb hesab edirsə ki, gənclər evi lazımdır, bu məsələ mübahisə doğuran məsələdir. Bu təşkilatlar doğurdan da ictimai rəyi ifadə edib etmədiyini müzakirə etmək lazımdır. Fikrimcə, Sumqayıt şəhərində gənclərin motivasiyası, şəbəkələşmə səviyyəsi və bacarıqlarını qiymətləndirsək, 1 neçə ildən sonra buna böyük ehtiyac yaranacaq.

- Daha çox gənclər ictimai fəaliyyət üçün Bakıya üz tuturlar. Sizcə bunun səbəbi nədir?


- Şübhəsiz bunun çox sadə bir səbəbi var. Bakı paytaxt olaraq resurs paylayıcıdır. Həm maddi baxımdan, eyni zamanda informasiya baxımından. Dolayısıyla Sumqayıtın Bakıya yaxın olması bizim gəncləri sövq edir ki, informasiya ilə təmin olunmaq üçün, daha yaxşı işlə təmin olunmaq üçün paytaxta üz tutsunlar. Bunun üçün ora daha çox üz tuturlar. Məncə gəncləri qınamaq lazım deyil ki, niyə ora gedirsiniz.

Bu gün gənclər müxtəlif sosial şəbəkələrdə birləşirlər, müəyyən məsələləri müzakirə edir və həyata keçirirlər. Bu haqda fikirləriniz maraqlı olardı.


- Əgər biz gənclərlə işləyiriksə hökmən şəbəkələşmə vəziyyətini müasir tələblərə uyğun qurmalıyıq. Biz 2008-ci ildən “Sumqayıt gəncləri yahoogrops” yaratdıq. Hal hazırda o qrupun 562 üzvü var və gündə günə say artır. Son bir ildə “facebook” sosial şəbəkəsinin istifadəçiləri də çox artıb. Artıq elə bir inkişaf yaranıb ki, son aylarda artıq biz, gəncləri sosial şəbəkələr vasitəsi ilə tədbirlərə dəvət edirik. Biz Sumqayıt tələbələri arasında internet istifadəçilərinin sayını çoxaltmalıyıq. Bu sahədə davamlı inkişaf olmalıdır.
XS
SM
MD
LG