Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:57

Həlak olan azərbaycanlı zəvvar Nardaran sakini imiş


İraqda zəvvarların avtobusunda baş verən partlayış nəticəsində həlak olan azərbaycanlı İntiqam Rüstəmovun Bakının Nardaran qəsəbə sakini olduğu məlum olub.

İntiqam Rüstəmov Kərbəlaya ziyarətə gedən azərbaycanlı zəvvarlar qrupuna rəhbərlik edib. Ötən həftə Azərbaycandan Kərbəlaya yollanan avtobusda 35 zəvvar olub. Zəvvarlar əsasən Bakı və ətraf kəndlərin sakinləri olublar. Hadisə zamanı zəvvarların rəhbəri, “İslam həqiqətləri” qəzetinin keçmiş əməkdaşı, kinorejissor, 1978-ci il təvəllüdlü İntiqam Vahid oğlu Rüstəmov yaralanıb və xəstəxanada vəfat edib. Hadisə zamanı bir çox azərbaycanlı zəvvarın yaralandığı qeyd olunur.

Azərbaycanın İraqdakı səfirliyi hadisə zamanı azərbaycanlı zəvvarlardan İntiqam Rüstəmovun vəfat etdiyini, Elvin Aslanov və Elçin Abdullayevin isə yaralandığı bildirilib. Elvin Aslanovun vəziyyəti orta ağır, Elçin Abdullayevin vəziyyəti isə normaldır. /APA/
XS
SM
MD
LG