Dollar iki “rekordu” bir gündə vurub.
Yaponiya yeninə nisbətdə dollar 15 ildə ən aşağı həddə düşüb – 81,28-ə.
Dollar bununla kifayətlənməyib. Avroya nisbətdə 9 ayda ən aşağı qiymətini alıb - avro 1,41 dollara çatıb.
Dolların belə düşməsinin əsas səbəbi Amerikanın mərkəzi bankının faizləri aşağı sala bilməsi ehtimalıdır.
Federal Rezerv bildirdi ki, iqtisadiyyatı həvəsləndirmək üçün gələcək addımlar ata bilər. Bu da pulun ucuzlaşması deməkdir.
Amerikadan fərqli olaraq Avropanın Mərkəzi Bankı faizləri artırmağa meyillidir. Yəni, avro bu siyasətlə yalnız bahalana bilər.
Avro nə qədər qalxa bilər?
Avro 1,40-ı keçəndən sonra (və əgər bu keçid dayanıqlı olsa), avronun növbəti hədəfi 1,5 olacaq.