Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Serbaz avarçəkmə bazası tikdirib


Oktyabrın 14-də Mingəçevirdəki «Kür» Olimpiya Tədris-İdman Mərkəzinin açılışı olub. Mərasimdə prezident İlham Əliyev iştirak edib.

Gənclər və idman naziri Azad Rəhimov prezidentə deyib ki, nazirliyin sifarişi ilə tikilən mərkəzdə Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılıb.

Layihəyə əsasən kompleksə inzibati bina, üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli 250 yerlik mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir.

Mərkəzin tikintisini Serbiya-Azərbaycan birgə müəssisəsi olan «Serbaz layihə və tikinti» MMC həyata keçirib.

Bu şirkətin adı Azərbaycanda yüzlərlə bosniyalını «qul» kimi işlətməklə bağlı qalmaqalda çəkilir.

Sözügedən mərkəzin tikintisinə 2007-ci ildə başlanılıb.
XS
SM
MD
LG