Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:25

Amerikanın Yayım Şurası jurnalistin həbsindən narahatdır


Amerikanın Yayım Şurası «Amerikanın Səsi» (VOA) radiosunun müxbiri Əbdülmalik Boboyevin Özbəkistanda həbsindən ciddi narahat olduğunu bildirib. Qurum Çexiya paytaxtı Praqada jurnalistin məsələsini müzakirə edib.

Yayım Şurasının sədri Voltr İsaakson bildirib ki, «Boboyevin dəqiq və balanslı məlumat çatdırması tələb olunur və o, gördüyü işə görə cəzalandırılmamalıdır». İsaakson qeyd edib ki, bütün dünya jurnalistləri həmrəylik nümayiş etdirməlidir ki, layiqincə gördüyü işə görə jurnalist cəzalandırılmamalıdır.

Yayım Şurası jurnalistin işi ilə bağlı qətnamə qəbul edib. Qətnamədə deyilir ki, Şura Özbəkistan hökumətinin Boboyevi və onun «Amerikanın Səsi»nə obyektiv məlumat çatdırmaq, ölkədə mətbuat azadlığını susdurmaq cəhdindən narahatdır: «Müstəqil düşüncəsinə görə jurnalisti cəzalandırmaq üçün cinayət məcəlləsindən istifadə edilməsi Özbəkistanın beynəlxalq öhdəliklərinə ziddir».

Yayım Şurası jurnalistə qarşı cinayət işini dayandırmağa və jurnalistlərin məlumat toplama və çatdırma hüquqlarına müdaxilənin qarşısını almağa çağırıb.

Özbəkistan rəhbərliyi jurnalisti ictimai asayişi pozmaqda, təhqir, böhtan və viza pozuntularında ittiham edir. Təqsirli bilinəcəyi təqdirdə Əbdülmalik Boboyev 7 il azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG