Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 22:28

Mitinq və aksiyalar keçirmək üçün yerlərin siyahısı açıqlanıb


«Azərbaycan» qəzeti Sərbəst Toplaşma Azadlığı Qanuna müvafiq olaraq müəyyən edilmiş açıq və qapalı yerlərin siyahısını dərc edib.

Bu yerlərin sayı 2009-cu illə müqayisədə 131 yer çoxdur. Onlardan 91-i açıq, 40-ı qapalıdır.

İşğal ərazilər üzrə seçicilər müvəqqəti məskunlaşdıqları bölgələrdə müəyyən edilmiş açıq və qapalı yerlərdən istifadə edə bilərlər. Füzuli rayonunun Horadiz qəsəbəsində təhlükəsizlik baxımından açıq yer müəyyən edilməyib.

Dairə seçki komissiyalarının olmadığı (DSK) Naftalan, Daşkəsən, Siyəzən və Xızı rayonlarının mərkəzlərində də açıq və qapalı yerlər müəyyən edilməyib. Naxçıvan barədə də hər hansı məlumat verilmir.

Ümumilikdə şəhər və rayon mərkəzlərinə müəyyən edilmiş yerlərin sayı 229-dur.
XS
SM
MD
LG