Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Azərbaycanlı zəvvarların olduğu avtobusda partlayış baş verib


İranın Şərqi Azərbaycan vilayətindən İraqa ziyarətə gedən zəvvarların olduğu avtobusda partlayış baş verib. İRNA-nın yaydığı məlumata görə, İraqın Ziyarət və Həcc İdarəsinin nümayəndəsi Cavad Xani yaralılar arasında Azərbaycan vətəndaşlarının olduğunu deyib. O bildirib ki, Kazımiyyə şəhər xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti ağır olaraq qalır. Hadisə zamanı ölən olmayıb.

C.Xani bildirib ki, onlar İraqa ziyarətə gəlişlərini bu ölkənin Ziyarət və Həcc İdarəsi ilə razılaşdırmayıb. “Belə hallarda onların yanında bələdçilər olmadığı üçün ziyarətçilər çətinliklərlə üzləşirlər”, - deyə Xani əlavə edib.

/AnsPress/
XS
SM
MD
LG