Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:58

Gürcüstan Şimali Qafqaz respublikalarına qarşı viza rejimini ləğv edib


Oktyabrın 13-dən Gürcüstan sərhədlərini Şimali Qafqaz respublikalarında yaşayan vətəndaşlar üçün açıq elan edib.

APA-nın məlumatına görə, indən belə Çeçenistan, İnquşetiya, Alaniya, Dağıstan, Kabardin-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublikalarının vətəndaşları ölkəyə 90 gün müddətinə vizasız gələ biləcəklər.

Məlumata görə, bu gün "Yuxarı Lars" nəzarət-buraxılış sərhəd məntəqəsindən iki nəfər Vladiqafqaz sakini Gürcüstana keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG