Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:17

Azərbaycanda müadfiə xərcləri təxminən iki dəfə artırılacaq


2011-ci ildə Azərbaycan müdafiə sahəsinin büdcədən maliyyələşdirilməsinin həcmini 89,7% - 2 mlrd. 511 mln. manata kimi artıracaq.

Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin bugünkü iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib: “2011-ci ildə dövlət büdcəsindən müdafiəyə 1 mlrd. 325 mln. manatın ayrılması nəzərdə tutulub. Bundan əlavə, ölkənin hərbi potensialının gücləndirilməsinə yönələn xüsusi layihələrin maliyyələşdirilməsinə 1 mlrd. 87 mln. manatın ayrılması planlaşdırılır. Vəsaitin bir hissəsi dövlət investisiya proqramları çərçivəsində ayrılacaq”, - deyə, Şərifov bildirib.

2011-ci ildə müdafiə sahəsinin maliyyələşdirilməsinin həcmi 2 mlrd. 511 mln. manat təşkil edəcək ki, bu da 2010-cu ilin göstəricisindən 1 mlrd. 187 mln. manat çoxdur.

XS
SM
MD
LG