Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:53

Azərbaycanda doyunca yeməyənlər...


Beynəlxalq Ərzaq Siyasəti Araşdırmaları İnstitutu
Dünya Aclıq İndeksini müəyyən edib.

Azərbaycan 7,7 bal alıb. Hesabata görə bu, aclığın ortabab qiyməti hesab olunur.
Yəni, Azərbaycanda aclıq və doyunca yeməmək ətrafında vəziyyət nə pisdir, nə də yaxşı.

İndeks 3 göstərici əsasında çıxarılıb:

1. Doyunca yeməyənlərin sayının bütün əhalinin sayına nisbəti
2. 5 yaşınadək və çəkisi normadan az olan uşaqların sayının bütün uşaqların sayına nisbəti
3. 5 yaşınadək ölən, o cümlədən az yeməkdən ölən uşaqların sayının bütün uşaqların sayına nisbəti.


11 FAİZ...


Hesabata görə, 2003-2008-ci illər arası statistikaya əsasən, Azərbaycanda əhalinin 11 faizi doyunca yemir.

Azərbaycanda 5 yaşadək olan uşaqların 8,4 faizinin çəkisi normadan azdır.

Anadan olan uşaqların 3,6 faizi 5 yaşadək yaşamır.

Bu 3 göstərici əsasında ölkələrin yığdığı ballara gəldikdə, ölkə 4,9 baldan az alanda bu, ölkədə aclıqla bağlı vəziyyətin təhlükəli olmadığını, 5-9,9 bal arasında vəziyyətin ortabab olduğunu, 10-19,9 bal arasında vəziyyətin ciddi olduğunu göstərir.

Dünya üzrə orta göstərici 15 baldır. Dünyada doyunca yeməyənlərin sayı bir milyardı keçdi.


AZƏRBAYCAN KİMİN SƏVİYYƏSİNDƏDİR?



Siyahıda Azərbaycanın qonşuları: yuxarıdan Cənubi Afrika Respublikası, Qayanadır – bunlarda doyunca yeməmək, uşaq ölümü və uşaqların çəkisinin azlığı ilə bağlı vəziyyət Azərbaycandan yaxşıdır.

Siyahıda Azərbaycandan sonra gələn ölkələr Honduras və Panamadır.

Azərbaycan dünyada 19-cu, Ermənistan 24-cü yerdədir. Ermənistan 9,8 bal alıb, bu da Ermənistanda doyunca yeməməyin ciddi həddə çatdığını göstərir.

Gürcüstan isə Azərbaycandan xeyli qabaqda, 5-ci yerdədir və 5,8 bal yığıb. Bu da vəziyyətin təhlükəsiz həddinə yaxındır.

Rusiya, Ukrayna, Qazaxıstan, İran isə 5 baldan az yığılblar. Bu da onlarda doyunca yeməməklə bağlı vəziyyyətin təhlükəsiz olduğunu bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG