Oktyabrın 10-da Qırğızıstanda keçirilmiş parlament seçkilərindən sonra yeni parlamentə daxil olan partiyalar koalisiya qurmaqla bağlı məsləhətləşmələrə başlayıb.
Seçkinin nəticələrinə görə, parlamentdə 5 partiya – Ata-Jurt, sosial-demokratlar, Ar-Namus, Respublika və Ata-Məkan təmsil olunacaq.
Qırğızıstan qanunvericiliyinə görə, parlament ilk iclasına iki həftə ərzində yığışmalıdır.