Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:39

İsrail Fələstinə şərt qoydu


İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, əgər fələstinlilər İsraili bir yəhudi dövləti kimi tanısalar Qərb Sahilində məskunlaşma proqramları dondurula bilər. Bu barədə Baş nazir oktyabrın 11-də parlamentdə çıxışında deyib.

İsrail bu ərazilərdə apardığı məskunlaşmaya görə kəskin beynəlxalq təzyiq altındadır. Buna baxmayaraq, məskunlaşdırmanın dondurulması barədə qərarın müddəti bu yaxınlarda başa çatandan sonra onu uzatmadı.

Fələstinlilər isə İsrailin yəhudilərin vətəni olması fikrini rədd edirlər. Fələstin liderləri bildiriblər ki, əgər İsrail həmin ərazilərdə evlərin tikintisini davam etdirsə, yenicə bərpa olunmuş sülh danışıqlarından çıxacaqlar.
XS
SM
MD
LG