Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:50

Prezident Azərbaycanın diplomatik korpusunda yerdəyişmələr edib


Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanən keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Latviyada və iqamətgahı Riqada olmaqla, eyni zamanda Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb. Başqa bir sərəncamla isə Zülfqarov Estoniyada səfir vəzifəsinə təyin edilib.

Latviyaya isə Bolqarısyanda səfir vəzifəsindən geri çağırılan Elman Zeynalov səfir təyin edilib.

Dövlət başçısı oktyabrın 11-də imzaladığı başqa bir sərəncamla Emil Kərimov Azərbaycanın İtaliyada, həmçinin San Marino, Maltada səfiri, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatı üzrə İnkişaf Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Prezident onu Bolqarıstana səfir göndərib.

İlham Əliyev həmçinin Hüseyn Nəcəfovun Gürcüstanın Batumi şəhərində baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
XS
SM
MD
LG