Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:09

BMT ekspertləri Çini Nobel Mükafatı laureatını azad etməyə çağırırlar


BMT-nin insan haqları üzrə dörd eksperti oktyabrın 11-də Çini 2010-cu ilin Nobel Sülh Mükafatı laureatı Liu Siaobonu həbsdən buraxmağa çağırıb.
Bundan əvvəl ABŞ prezidenti Barak Obama, Avropa Birliyi, BMT-nin özü də həmin çağırışla Çinə müraciət ediblər.

Hazırda həbsdə olan hüquq-müdafiə fəalı 2008-ci ildə Çində siyasi və insan haqları sahəsində islahatlar çağırışına görə həbs edilib. Hakimiyyət onu dövlət çevrilişinə təhrikdə ittiham edərək 11 il azadlıqdan məhrum edib.

Liu Siobo özü bu mükafatını 1989-cu ildə Tianmen meydanında demokratiya tərəfdarlarına divan tutulması zamanı həlak olanların xatirəsinə həsr etdiyini deyib.
XS
SM
MD
LG