Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Salman Rüşdi təzə kitab yazır


Mübahisəli “Şeytan ayələri” kitabı ilə müsəlmanların qəzəbinə tuş gəlmiş Britaniya yazıçısı Salman Rüşdi yeni kitab yazdığını bildirir. Özünün Reuters agentliyinə dediyinə görə təzyiqlərdən gizləndiyi dövrdə başına gələn hadisələri nəql edəcəyi bu kitabı gələn ilin sonunda hazır olacaq.

Salman Rüşdi 1988-ci ildə yazdığı “Şeytan ayələri” kitabı ilə müsəlman alımində çoxlarını özünə düşmənə çevirib. İranın ali dini rəhbəri onun öldürülməsi barədə fətva çıxardığından 1989-1998-ci illərdə gizli yaşamağa məcbur olub.
XS
SM
MD
LG