Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:59

Azərbaycanlılar koreyalılara milli rəqs öyrədəcəklər


Koreya Xarici Dillər Universitetinin Türk - Azərbaycan Dilləri Fakültəsində “BUTA Azərbaycan Mədəniyyət Dərnəyi” fəaliyyətə başlayıb. Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dərnəkdə BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri Zaur Səfərov və Çinarə Ağacanova koreyalı tələbələrə Azərbaycanın milli rəqslərini öyrədəcəklər.

BUTA AKTT, həmçinin ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti barədə məlumatları müxtəlif formatlı tədbirlər keçirməklə koreyalı tələbələrə aşılayacaq. Azərbaycan dilini öyrənən koreyalı tələbələr üçün dərnəkdə “şifahi nitq dərsləri”nin təşkili də nəzərdə tutulub. Azərbaycanın Koreyadakı Səfirliyi “BUTA Azərbaycan Mədəniyyət Dərnəyinə” dəstək məqsədilə Azərbaycan haqqında məlumat xarakterli materiallar verib, yeni qurumu rəqs dərslərində istifadə olunması üçün milli paltarlarla təmin edib.

2008-ci ilin sonunda KXDU-da rəsmi olaraq Türk-Azərbaycan dilləri fakültəsinin yaradılması haqqında qərar qəbul edilib. Fakültənin fəaliyyətə başlaması üçün hazırlıq işləri uğurla başa çatdıqdan sonra 2009-cu ilin yaz semestrindən etibarən Azərbaycan dili kurslarının tədrisinə başlanılıb.
XS
SM
MD
LG