Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 18:48

AŞPA-nın seçki missiyası rəhbəri bəllidir


Pol Villi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 7 noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək müşahidə missiyasına belçikalı deputat Pol Villi rəhbərlik edəcək.

Bu barədə APA-ya Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Oktyabrın 19-da AŞPA-nın uzunmüddətli missiyası Bakıya gələcək, bir neçə görüş keçirəndən sonra seçkiqabağı vəziyyəti təhlil edəcək. S. Seyidov bildirib ki, birbaşa seçkiləri izləyəcək müşahidəçilər isə seçki günü ərəfəsində - noyabrın 5-6-da Azərbaycana gələcəklər.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt de Moranın müşahidə missiyasına daxil olub-olmadıqları barədə sualı cavablandıran S. Seyidov bildirib ki, qurumun keçən həftə Strasburqda keçirilən sessiyası çərçivəsində müşahidə missiyasının yaradılması məsələsinə baxılıb:

“Ümumi şəkildə siyahı təsdiq olunub. Lakin təcrübə göstərir ki, seçkilərə kimi müəyyən dəyişikliklər baş verir, kimsə gələ bilmir, kimsə öz əvəzinə başqasını göndərir. Ona görə də indi yalnız missiya rəhbərinin kim olacağını dəqiq demək olar, missiyanın üzvləri haqqında konkret fikir söyləmək isə hələ tezdir”.

S. Seyidov seçkiləri izləyəcək AŞPA nümayəndələrinin 20-25 nəfər olacaqlarını vurğulayıb.

P. Villi 2009-cu il martın 18-də Azərbaycanda keçirilən Konstitusiya referendumunda da AŞPA müşahidə missiyasına rəhbərlik edib. /APA/
XS
SM
MD
LG