Keçid linkləri

Təcili xəbərlər
2021, 19 May, çərşənbə, Bakı vaxtı 03:54

Qırğızıstandakı parlament seçkilərində müxalifət partiyası liderlik edir


İlkin məlumatlara görə, Qırğızıstanda keçirilmiş parlament seçkilərində müxalifət partiyası sayılan Ata-Jurt Partiyası liderlik edir.

Səslərin 80 faizindən çoxu artıq sayılıb və Ata-Jurt seçicilərin 8.5 faizinin etimadını qazanıb. 2-ci yerdə sosial-demokratlar, sonra Respublika, daha sonra isə Ar-Namıs və Ata-Məkan partiyaları gəlir.

Ölkə üzrə seçicilərin 57 faizi səsvermədə iştirak edib. İyunda 400 nəfərin ölümü ilə nəticələnən iğtişaşların baş verdiyi Oşda isə bu göstərici 66 faiz olub.

XS
SM
MD
LG