Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 05:51

Qırğızıstanda parlament seçkiləri keçirilir


Qırğızıstanda yeni ölkə parlamentinə seçkilər keçirilir.

Bu ilin aprelində ölkədə baş vermiş dövlət çevirilişi və bundan sonra keçirilmiş referendumdan sonra Qırğızıstan parlament üsul-idarəsinə keçib.

İndi prezidentdən daha çox səlahiyyəti olacaq baş naziri parlament seçəcək.

Seçkiləri izləyən ATƏT-in yüksək səlahiyyətli rəsmisi Yanez Lenarçiç bu yaxınlarda etnik zəmində gərginlik yaşanmış Oş şəhərində seçkinin dinc şəraitdə keçirildiyini xəbər verir.

120 yerlik parlament uğrunda 29 partiya mübarizə aparır.

Müşahidəçilər hesab edirlər ki, parlamentdə yer almaq üçün lazım olan 5 faizli həddi təxminən 6 partiya keçə biləcək.
XS
SM
MD
LG