Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:33

Dalğa gənclər təşkilatı 2 üzvünün saxlandığını deyir


Polis “Dalga” gənclər təskilatının 2 üzvünü saxlayıb.

Təşkilatın həmtəsisçisi Ramin Hacılı bildirib ki, buna səbəb, onların üzərində Məmmədəmin Rəsulzadənin səkli olan köynək geyməsi olub.

Onun sözlərinə görə, gənclər əvvəl 39-cu, sonra isə 9-cu polis bölməsinə apariliblar.

Ramin Hacılı deyir ki, polis bölməsində gənclərə qarsı zor işlədilib və köynəyi haradan almaları barədə onlardan izahat yazmaları tələb olunub.

Səbail Rayon Polis Idarəsinin 39-cu polis şöbəsi bölməyə iki gəncin gətirildiyini təsdiqləyib, amma sonradan onların 9-cu polis bölməsinə aparıldıqlarını bildirib.
9-cu bölmə isə “Dalgaçıların” gətirildiyini təkzib edib.
XS
SM
MD
LG