Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Əsgər hərbçi yoldaşını yaralayıb


Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını avtomat silahla vurub.

Hadisə Müdafiə Nazirliyinin Ağdamda yerləşən hərbi hissəsində qeydə alınıb.

19 yaşlı İlkin Abdullayevin avtomat silahdan açdığı atəş nəticəsində əsgər 19 yaşlı Araz Eminli ayağından yaralanıb. Yaralı hospitala yerləşdirilib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya açıqlamasında faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG