Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Deputatlığa namizədliyi qeydə alınanların sayı 480-ə çatıb


MSK-nın oktyabrın 8-i saat 20.00-a olan məlumatına əsasən, 125 seçki dairəsi üzrə 1438 nəfərin namizədliyi təsdiqlənib.

1411 nəfər dairə seçki komissiyalarından imza vərəqələri götürüb. 1099 nəfər imza vərəqələrini qaytarıb, 149 nəfər isə namizədlikdən imtina edib. 3 nəfər namizədliyi qeydə alındıqdan sonra ondan imtina edib.

İndiyədək Azərbaycan Xalq Cəbhəsi Partiyasından 15, hakim Yeni Azərbaycan Partiyasından isə 113 nəfərin namizədliyi qeydə alınıb.

İmzatoplama kampaniyası artıq başa çatıb.

125 nəfərlik parlamentdə deputat olmaq istəyənlər oktyabrın 15-dən rəsmən seçki təbliğatına başlayacaqlar. Seçki isə noyabrın 7-də keçiriləcək.
XS
SM
MD
LG