Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 19:29

Sülh mükafatı dissidentə verildi


2010-cu ilin sülh üzrə Nobel mükafatına Çinin məşhur hüquq müdafiəçisi Liu Siaobo layiq görüldü. Bu qərarı Norveç Nobel Komitəsi oktyabrın 8-də açıqlayıb.

Komitənin açıqlamasında deyilir ki, 55 yaşlı Liu Siaobonun bu mükafata Çində fundamental insan haqları uğrunda uzunmüddətli dinc mübarizəsinə görə layiq görülür.

Liu Siaobo hazırda Çində həbsdədir. O, 2009-cu ilin dekabrında tutularaq 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Liu Siaobonu dövlət çevrilişinə təhrikdə təqsirli bilib.

Hüquq müdafiəçiləri onun həbsinin əsl səbəbini onun 2008-ci ildə yazdığı “Xartiya 08” adlı müraciətdə görürlər. “Xartiya 08”də Liu Siaobo Çin hakimiyyətini siyasi islahatlar aparmağa, söz azadlığına hörmətlə yanaşmağa və birpartiyalı sistemdən imtina etməyə çağırıb.

Norveç Nobel komitəsinin seçimi Çin rəsmilərini qəzəbləndirib. Norveçin Çindıki səfiri xarici işlər nazirliyinə dəvət olunub.

Rəsmi Pekin hələ qərardan əvvəl gizlətmirdi ki, Sülh mükafatının Çin dissidentinə verilməsi iqtisadi cəhətdən Norveçə baha başa gələ bilər.

.

XS
SM
MD
LG