Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:27

Azərbaycanlı alim İrandan 500 min dollar təzminat istəyir


Bir il on ay İranda həbsdə saxlanılan Rəşid Əliyev “Sazan Electronics İndustry” şirkətindən BMT İnsan Haqları Şurasına şikayət edəcək

Azərbaycanlı fizik Rəşid Əliyev qeyri-qanuni olaraq 1 il 10 ay həbsxanada saxlanıldığı üçün İran dövlətinin və onu bu ölkəyə işə dəvət edən “Sazan Electronics İndustry” şirkətindən təzminat tələb edir. O, bununla bağlı oktyabrın 8-də “Trend” İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında məlumat verib. Amma Rəşid Əliyev mətbuat konfransında təzminatın məbləği barədə bir söz deməyib. Onun hüquqlarını müdafiə komitəsinin sədri Soltan Həmid Məlikov Azadlıqradiosuna müsahibəsində deyib ki, söhbət 500 min dollara yaxın təzminatdan gedir.

Mətbuat konfransında Rəşid Əliyevin BMT İnsan Haqları Şurasına müraciət etməsinin səbəblərinə də aydınlıq gətirilib. Bildirilib ki, İran İslam Respublikası insan haqlarının qoruması və s. beynəlxalq konvensiyalara qoşulmadığından bu ölkəyə hansısa qərarları qəbul etdirmək çətindir. Elə bu səbəbdən də onlar BMT üzvü olduğu üçün şikayəti də bu təşkilatın İnsan Haqları Şurasına edəcəklər.

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın «Sazan Elektronics İndustry Company» şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb.

Şirkət rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkət direktoru Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə viza problemini bəhanə gətirərək onu həbs ediblər.

Rəşid Əliyev İran məhkəməsinin hökmü ilə saxta ittihamlarla, özünün iştirakı olmadan 3 il müddətinə azadlıqdan məhrum edilib. 1 il 10 ay həbsdə qalandan sonra 2010-cu il avqustun 11-də azadlığa buraxılıb.
XS
SM
MD
LG