2010-cu ilin 9 ayında Azərbaycanda insan alveri ilə bağlı 63 fakt aşkar edilib. 5 cinayətkar qrup yaxalanıb, 29 nəfər məsuliyyətə cəlb olunub. Bunu daxili işlər nazirinin müavini Vilayət Eyvazov Milli Məclisinbu günkü iclasında bildirib.
V. Eyavzov bildirib ki, 43 nəfər sığınacaqda yerləşdirilib. Müəyyən olunub ki, 23 qurban Türkiyəyə, 4-ü Ərəb Əmirliklərinə, 3-ü İrana göndərilib. 27 nəfər qurbana birdəfəlik yardım göstərilib.