Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Milli Məclis boş qalan üç yerə nümayəndələri təsdiq edib


Oktyabrın 8-də Milli Məclis Mərkəzi seçki Komissiyasında (MSK) indiyə qədər boş qalan üç yerə nümayəndələri təsdiq edib. Spiker Oqtay Əsədov Xalq və Müsavat partiyaları iki namizəd vermədiyi və bir nəfər MSK üzvü Konstitusiya Məhkəməsinə hakim təyin edildiyindən bu üç yerin indiyə qədər boş qaldığını bildirib.

Bundan sonra boş yerlərə təklif olunan namizədlər müzakirə olub.

İrəli sürülən namizədlər bitərəf Arifə Muxtarova, Müsavat partiyasından Gülağa Aslanlı və BAXCP-dən Mikayıl Rəhimov boş qaln yerlərə təsdiqləniliblər.

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bu cür bölgünün düzgün olmadığını bildirib. Deyib ki, nə qədər gec deyilsə, əgər ölkədə siyasi iradə varsa, bu MSK-nın tərkibinin düzgün formalaşdırılmasında öz sözünü deməlidir. Millət vəkilinə görə, əks halda bu seçkilərdə də hakimiyyətin seçkini saxtalaşdırmaq istəyinin olduğunu göstərir.

Bundan sonra namizədlər səsə qoyulub. 93 nəfər lehinə, bir nəfər bitərəf, bir nəfər də səs vermədən Milli Məclis üç nəfərin MSK-ya namizədliyini təsdiqləyib.

XS
SM
MD
LG