Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 05:41

YAP-ın 115 namizədindən 113-nün namizədliyi qeydə alınıb


Yeni Azərbaycan Partiyasının deputatlığa irəli sürdüyü 115 namizədindən 113-nün namizədliyi qeydə alınıb. İki nəfər isə namizədliyini geri götürüb. Bunu YAP icra katibinin müavini Siyavuş Novruzov oktyabrın 8-də jurnalistlərə müsahibəsində deyib.

Siyavuş Novruzov partiyanın iki boş qalan yerə namizəd irəli sürməyəcəyini deyib.

İcra katibinin müavini müstəqil şəkildə namizədliyini irəli sürən 45 nəfər partiya üzvü ilə bağlı məsələlərdən də danışıb. Deyib ki, həmin partiya üzvlərindən 15 nəfəri namizədliyini geri götürüb, 30 nəfər isə DSK-dan imza vərəqələri götürüb. Onlardan da 16 nəfəri imza vərəqələrini artıq DSK-lara qaytarıb. Siyavuş Novruzov bildirib ki, namizədliyini irəli sürən həmin 30 nəfərdən də indiyə qədər dördünün namizədliyi qeydə alınıb.

Siyavuş Novruzov icra strukturlarının və yerlərdə YAP nümayəndələrinin digər namizədliyini irəli sürənlərə qarşı təzyiqlər etməsi barədə səslənən məlumatların da əsassız olduğunu bildirib. Onun sözlərinə görə, təzyiqlərdən danışanlar imza toplaya bilmədiklərinə görə belə şayələr yayırlar.

XS
SM
MD
LG