Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Lujkov Medvedevi tənqid edib


Moskvanın keçmiş meri Yurij Lujkov CNN televiziyasına müsahibəsində Rusiya prezidenti Dimitri Medvedevi tənqid edib.

Lujkov Medvedevin prezidentliyi dövründə ölkədə bir sıra terror aktları, fövqəladə vəziyyət rejimləri və qıtlıq böhranı yaşandığını bildirib.

Lujkov həmçinin qeyd edib ki, Medvedevin təklif etdiyi müxtəlif layihələr yalnız kağız üzərindədir və onların effektliyinə inanmır.

İşdən uzaqlaşdırılmasına gəldikdə isə Lujkov bir daha bildirib ki, bu onun 2011-2012-ci illərdə keçiriləcək seçkilərə hazırlaşmasıyla bağlıdır.

Hazırda merin səlahiyyətlərini Vladimir Resin icra edir.

Oktyabrın 9-da hakim partiyanın onun bu vəzifəyə namizədliyini verəcəyi gözlənilir.
XS
SM
MD
LG