Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Əfqanıstanda Sülh şurasının iclası başlayıb


Əfqanıstanın paytaxtı Kabildə Sülh Şurasının iclası başlayıb.

Bu şura talibançıların mötədil qanadıyla danışıqlar aparmaq üçün yaradılıb.

Prezident Həmid Kərzai iclasın açılışında çıxış edərkən ölkədə milli barışıq və sabitliyə nail olunacağına ümidlə yanaşdığını bildirib.

Rəsmilər hökumətlə yaraqlılar arasında daima əlaqə olduğunu desələr də hələlik rəsmi danışıqlar aparılmır.

Taliban dəfələrlə bəyan edib ki, ABŞ və NATO qüvvələri ölkədən çıxmayınca sülh danışıqlarına getməyəcək.


XS
SM
MD
LG